284
Bu gün 27 yanvar — 17:35

MSK seçkidə “exit poll” keçirəcək qurumu qeydə aldı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "exit poll" keçirmək niyyətində olan bir qurumun adı məlum olub.

Virtualaz.org bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

İclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "exit poll" keçirmək niyyətində olan bir qurumun müraciətinə baxılıb.

Qeyd olunub ki, Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə "exit poll" keçirmək üçün müraciət edib.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu təşkilatlar Azərbaycanda əvvəlki seçkilərdə də exit-poll keçirib və etibarlı nəticələr əldə edib. O qeyd edib ki, təşkilatın Azərbaycanda keçirəcəyi "exit poll" 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək.

Xəbərlər