717
Bu gün 27 yanvar — 01:58

Basketbol əfsanəsi şəxsi helikopterində qəzaya uğradı və həlak oldu

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən olan Kobe Brayant helikopter qəzasında həlak olub.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Kaliforniyada qəzaya uğrayan helikopterdə dünyanın ən güclü basketbolçularından olan 41 yaşlı K.Brayant və daha üç nəfər olub.

Helikopterin K.Brayanta məxsus olduğu bildirilir.

Qeyd edək ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş "Qara mamba" ləqəbli K.Brayant "Los Angeles Leykers" komandasında forma geyinib. O, Afina (2004) və London (2012) olimpiadalarının, eləcə də FIBA Amerika çempionatının (2007) qalibi olub.

 

Xəbərlər