541
Bu gün 26 yanvar — 19:01

Türkiyə sərhədində iki silahlı erməni tutuldu

Ermənistanın Armavir vilayətinin iki sakini Rusiya sərhədçiləri tərəfindən Türkiyə ilə sərhəddə tutulub.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar sərhədyanı ərazilərdə “ov etdiklərini” deyiblər. Hərçənd tutulanlardan biri AK-47 avtomatı ilə silahlanıb ki, bu da ov silahı deyil. Digər şəxs isə “Mosina” tüfəngi ilə silahlı olub. Saxlanılanlardan biri tikanlı məftili keçərək bilavasitə qorunan əraziyə daxil olub. Onlar yerli polis bölməsinə təhvil verilib, barələrində cinayət işi qaldırılıb.

Virtualaz.org

Xəbərlər