317
Bu gün 22 yanvar — 14:34

Oqtay Əsədovla Səməd Seyidov İsrailə gedirlər

Milli Məclisin Sədri Oqtay Əsədov və Milli Məclisin Beynəlxalq və Parlamentlərarası komitəsinin sədri Səməd Seyidov İsrailə səfər edəcəklər.

Virtualaz.org-un məlumatına görə, səfərin məqsədi Yerusəlimdə keçirilməsi nəzərdə tutulan Auşvitzin azad olunmasının 75 illiyinə həsr olunmuş Dünya Holokost Forumu 2020 (World Holocaust Forum 2020) tədbirlərində iştirak etməkdir.

Qeyd edək ki, tədbirlər 22-23 yanvar tarixlərində keçiriləcək.

Xəbərlər