283
Bu gün 21 yanvar — 20:33

Bakıda keçmiş məhkum tapança ilə tutuldu

Paytaxtda üstündə qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

Belə ki, Baş İdarəyə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Ramil adlı şəxsin üstündə qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Ramil Həsənov tutularaq Baş İdarəyə gətirilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” markalı silah, ona məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı tapdığını və polisə könüllü təhvil vermək əvəzinə üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Xəbərlər