386
Bu gün 21 yanvar — 12:38

“VAZ” qarda batdı

Goranboy rayonunun Buzluq kəndində, içərisində 4 nəfərin olduğu “VAZ” markalı minik avtomobilinin dağlıq ərazidə qarda bataraq qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Bu barədə virtualaz.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Xəbərlər