289
Bu gün 19 yanvar — 18:55

Ağdamda qəza: ölən və yaralananlar var

Ağdam rayonunda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un verdiyi məlumata görə, hadisə İmamqulubəyli kəndində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər