1313
Bu gün 19 yanvar — 15:31

Salyanda küçədən meyiti tapılan şəxsin kimliyi bilindi

Bu gün səhər saatlarında Salyan rayonunun “Gilan” yaşayış massivində meyiti tapılmış şəxsin şəxsiyyəti müəyyən olunub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, ölən şəxs Salyan şəhər sakini, 48 yaşlı Fələk Sənan oğlu Fələkzadədir.

*   *   *14:56

Salyan rayonunun “Gilan” yaşayış massivində küçədən naməlum kiş meyiti tapılıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, ilkin baxış zamanı 40-45 yaşlarında olduğu təxmin edilən meyitin üzərində xəsarət aşkar olunmayıb.

Hazırda meyiti tapılmış şəxsin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər