301
Bu gün 19 yanvar — 17:51

Bakıda qaçırılan maşın tapıldı

Yanvarın 18-də Suraxanı Rayon Polis İdarəsi Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində Bülbülə qəsəbə sakini Rəşad Məmmədov tərəfindən qaçırılmış 69-BE-698 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil müəyyən edilərək saxlanılıb.

Virtualaz.org Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, metronun “Qara Qarayev” staniyası yaxınlığından qaçırılan nəqliyyat vasitəsi Suraxanı rayonunun Əmircan qəsəbəsində saxlanılıb və ərazi üzrə müvafiq polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər