170
Bu gün 18 yanvar — 16:07

Yerevanda Mətbuat evində yanğın

Yerevanda onlarla qəzet və telekanal redaksiyasının yerləşdiyi Mətbuat evində yanğın başlayıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, hadisə yerinə dörd yanğınsöndürmə briqadası, eləcə də xilasedicilər cəlb edilib.

Hələlik xəsarət alanlar barədə məlumat verilmir. Yanğının söndürülməsi davam edir.

Xəbərlər