492
Bu gün 15 yanvar — 15:38

Gürcüstanda ağır qəza

Gürcüstanın Rustavi şəhəri yaxınlığında ötən gün baş verən yol qəzasında iki azərbaycanlı ölüb.

Gənclərin olduğu “Mercedes” markalı avtomobil Rustavi-Qırmızı körpü yolunda, Yağlıca aşırımı yaxınlığında yoldan aşaraq bir neçə dəfə yuvarlanıb.

Maşında olan 29 yaşlı Etibar və 31 yaşlı Sərxan adlı azərbaycanlılar hadisə yerində ölüblər.

Azərbaycanlı gənclər dost olublar. Onların Marneuli rayonunun Ambarovka kənd sakinləri olduğu bildirilir. (report)

Xəbərlər