587
Bu gün 15 yanvar — 00:24

İlham Əliyev və Mehriban Əliyeva Xoşbəxt Yusifzadənin yubileyində

Yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib.

Virtualaz.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə çıxış edib. O, X.Yusifzadəni yubileyi münasibətilə ürəkdən təbrik edib, ona cansağlığı və yeni uğurlar arzulayıb.

Sonra Xoşbəxt Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı oxunub. Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Xoşbəxt Yusifzadəyə təqdim edib.

Prezident İlham Əliyev elə orada Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəriş verib ki, Gəmiçiliyin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı verilsin.

Sonra Xoşbəxt Yusifzadə çıxış edərək xoş sözlərə, göstərilən diqqət və qayğıya, eləcə də təltifə görə minnətdarlığını bildirib.

Yubiley mərasimi konsert proqramı ilə davam edib.

*   *   *21:07

Yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Xəbərlər