441
Bu gün 14 yanvar — 15:53

Narkoloji Mərkəzin baş direktoru işdən çıxarıldı

Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen vəzifəsindən azad edilib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, A.Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən çıxarılıb. Nazir Oqtay Şirəliyev bununla bağlı bu gün əmr imzalayıb.

Səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Qeyd edək ki, 2018-ci ilin martında mərkəzdə 25 nəfərin ölümü ilə nəticələnən yanğın baş vermişdi. Mərkəzin baş həkimi Telman Məmmədhəsənov həbs olunmuşdu. Onun yerinə Araz Manuçeri baş həkim təyin edilmişdi.

Virtualaz.org

Xəbərlər