428
Bu gün 14 yanvar — 16:37

Qardaşının evindən çıxdı, itkin düşdü

Yanvar ayının 11-də Bakının Nərimanov və Binəqədi rayonları ərazisində iki nəfər itkin düşüb.

Sözügedən tarixdə 1988-ci il təvəllüdlü Abşeron rayon sakini C.İmanov idarə etdiyi “Azsamand” markalı avtomobil ilə Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində qardaşına məxsus evdən çıxıb və geri qayıtmayıb.

Eyni gün paytaxtın Nərimanov rayonunda Bakı şəhər sakini 1984-cü il təvəllüdlü E.Şükürov A.Nemətulla küçəsi 36 ünvanı yaxınlığında itkin düşüb.

Hər iki faktla bağlı araşdırma aparılır. (oxu.az)

Xəbərlər