Türkiyədə saxta əlillik vəsiqəsi hazırlamaqda şübhəli bilinən 114 nəfərin saxlanılmasına qərar verilib. Onlardan 103-ü artıq nəzarətə alınıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən, mərkəzi İstanbul olmaqla, ölkənin on şəhərində bu istiqamətdə əməliyyatlar aparılıb.
Saxlanılanlar sağlam və ya əlillik dərəcəsi aşağı olan şəxslərə qeyri-qanuni yollarla yüksək dərəcəli əlillik vəsiqəsi hazırlamaqda şübhəli bilinirlər.