284
Bu gün 16 dekabr — 09:58

Bakıda 4-cü mərtəbədən yıxılan qız ağır xəsarət aldı

Bakıda gənc qız 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Məhəmməd Hadi küçəsində 1991-ci il təvəllüdlü Tağıyeva Ülviyyə Əvəz qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və qabırğaların çoxsaylı sınığı diaqnozları qoyulub. Ü.Tağıyevanın vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Xəbərlər