209
Bu gün 16 dekabr — 00:24

Avtomobil gənc oğlanı vurdu

Bakıda 19 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 2000-ci il təvəllüdlü Seyidov Amin Müşviq oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. ( report)

Xəbərlər