129
Bu gün 15 dekabr — 22:04

"Səbail"-"Zirə" oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Günün ikinci matçında "Səbail""ASCO Arena"da "Zirə"ni qəbul edib. Qarşılaşmada qol vurulmayıb.

Komandalar arasındakı cavab matçı dekabrın 19-da Zirədə olacaq.

Günün ilk görüşündə "Qəbələ" "Sabah"ı 3:0 hesabı ilə üstələyib. 1/4 final mərhələsində ilk oyunlara dekabrın 16-da keçiriləcək "Neftçi" - Sumqayıt" və "Qarabağ" - "Keşlə" matçları ilə yekun vurulacaq.

Xəbərlər