287
Bu gün 15 dekabr — 20:32

Qubada dairəni dönə bilməyən TIR qəza törətdi

Qubada yük avtomobili qəza törədib.

Hadisə rayonunun Heydər Əliyev prospektində baş verib.

Yüklə dolu TIR dairəvi yolda dönərkən qəza törədib. Avtomobilin sürücüsü 35 yaşlı Dağıstan Respublikasının Qayakənd kənd sakini Aliyev Artur Aliyeviç ağır xəsarət alıb. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəyə qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Xəbərlər