221
Bu gün 14 dekabr — 23:56

Şəmkirdə maşın 55 yaşlı kişini vurub öldürdü

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı- Morul kənd sakini, 1964-cü il təvəllüdlü Telman Şıxməmmədovu vurub. Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər