265
Bu gün 14 dekabr — 20:27

“3-cü mikrorayon bazarı”nda 2 maşın yanıb

"3-cü mikrorayon bazarının arxasındakı köhnə hamamda baş verən yanğın zamanı iki "QAZel" markalı yük avtomobili qismən yanıb".

Virtualaz.org bildirir ki, bunu yanğından sonra jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

O bildirib ki, yanğın 300 kvadrat metr ərazini əhatə edib. Hadisə yerinə 17 yanğınsöndürən maşın və əlavə qüvvələr də daxil olmaqla ümumilikdə 75 canlı qüvvə cəlb olunub. Yanğının səbəbləri araşdırılır".

Xəbərlər