450
Bu gün 13 dekabr — 17:08

Azərbaycan sərhədçiləri 15 casus, 1 agent yaxalayıb

"Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib".

Bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyən olun­ub, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxla­nılıb, qanunsuz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsiz­ləşdirilib.

Xəbərlər