877
Bu gün 12 dekabr — 18:23

Nazim İbrahimov Heydər Əliyevin məzarı önünə gül qoydu

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzinin kollektivi vəfatının 16-cı ildönümü münasibətilə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Virtualaz.org bildirir ki, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin Qəyyumlar Şurasının sədri Nazim ibrahimov Fəxri Xiyabanı ziyarət edib.

Mərkəzin kollektivi dünyaca tanınmış siyasətçi, Azərbaycan dövlətinin ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzi müxtəlif mövzularda xarici hökumətlər, hökumətlərarası təşkilatlar və nüfuzlu ictimai qurumlarla sıx əməkdaşlıq edir. Mərkəzin İdarə Heyəti, əksəriyyəti ümummilli lider Heydər Əliyevlə şəxsi dostluq münasibətləri quran keçmiş dövlət başçılarının görkəmli siyasi xadimlərindən ibarətdir.

Xəbərlər