296
Bu gün 12 dekabr — 19:06

Azərbaycanlının cibindən qumbara çıxdı, tutuldu

Rusiyada yaşayan azərbaycanlının məhkəməsi olub.

Virtualaz.org bildirir ki, İrkutskda yaşayan azərbaycanlı qanunsuz silah gəzdirməkdə ittiham olunub. Onu Buçmı küçəsində yerləşən “Porshen” qaraj kooperativində tutublar.

Baxış zamanı onun üst geyiminin cibindən F-1 qumbarası tapılıb.

Bundan başqa, ona məxsus minik avtomobilində qumbara qutusu aşkar edilib. Məlum olub ki, o, daha əvvəl eyni cinayətlə həbsdə olub.

Məhkəmə qərarına görə, 60 gün müddətinə həbs qərarı verilən azərbaycanlı 153700 qrivna (11,112 AZN) girov qarşılığında ev dustaqlığına buraxıla bilər.

Xəbərlər