382
Bu gün 12 dekabr — 19:40

Bakıda Pakistan vətəndaşını küçədə döydülər

Bakıda əcnəbi vətəndaş naməlum şəxs tərəfindən döyülüb.

Hadisə paytaxtın Səbail rayonunda baş verib. Pakistan vətəndaşı, 1978-ci il təvəllüdlü Asoqullah Saxeda Jan Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bildirib ki, gecə saatlarında Səbail rayonu, M.Hüseyn küçəsi, 2 ünvanının qarşısında tanımadığı şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır. (trend)

Xəbərlər