136
Bu gün 11 dekabr — 13:40

Avtomobildən külli miqdarda narkotik ələ keçirildi

Dekabrın 8-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Sütəmurdov kəndinin ərazisində DSX əməkdaşları tərəfindən özlərini şübhəli aparan “Mersedes-Benz Viano” markalı 99-SC-230 dövlət nömrə nişanlı avtomobildə olan iki nəfər saxlanılıb və üzərlərinə baxış zamanı ümumi çəkisi 4 kq 750 qram (3 kq “tiryək”, 1 kq “heroin”, 750 qr “metamfetamin” və 2680 ədəd “Metadon - 40” markalı həbb) narkotik vasitə aşkarlanaraq götürülüb.

Bu barədə virtualaz.org-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1979-cu il təvəllüdlü Məmmədov Səyavuş Ramiz oğlu və 1977-ci il təvəllüd-lü Abdullayev Fariz Şaban oğlu olmaları, S.Məmmədovun isə əvvəllər narkotik vasitələrin istifa¬dəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.

Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbərlər