402
Bu gün 10 dekabr — 12:55

Xalq artisti Yalçın Əfəndiyev dünyasını dəyişdi

Azərbaycan kinorejissoru, Xalq artisti Yalçın Əfəndiyev vəfat edib.

Virtualaz.org bildirir ki, mərhumla vida mərasimi Təzəpir məscidində keçiriləcək.

Mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Yalçın Əfəndiyev rejissor kimi adını Azərbaycan kinosu tarixinə “Odla təmasda”, “Naxışların yaddaşı”, “Xatirələr sahili”, “Dostluğun təntənəsi”, “Ovçu, vurma məni”, “Sənin həyat mövqeyin”, “Azərbaycan İncəsənəti”, “Hikmətli miniatürlər”, “Ağrılı yaddaş”, “İrsimizin sorağında” sənədli və bədii filmləri ilə yazıb.

Xəbərlər