1398
Bu gün 10 dekabr — 12:08

Yanan tikinti materialları bazarının sahibi məşhur Azay Möhnətovdur

Bakı şəhərinin Binəqədi rayonunda yanan “EuroHome” tikinti materialları bazarının sahibi biznesmen Azay Möhnətovdur. Bu iş adamı həmçinin AF Holdinq Şirkətlər Qrupunun və "Uğur-97" şirkətinin prezidentidir. Ayaz Möhnətovun aktivində kifayət qədər çox sayda tanınmış obyekt, o cümlədən məşhur AF Mall və AF Hotel & Aqua Park var.

Möhnətov uzun illərdir Bakıda tikinti biznesi ilə məşğul olur. Onun “Uğur-97” şirkəti Bakının mərkəzində çoxsaylı “lüks” sinif yaşayış binaları inşa edib. Belə ki,  R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 bina, Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli bina bu şirkət tərəfindən tikilib.

 “EuroHome” ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. Bazarın yerləşdiyi ərazi əvvəllər «Azərxariciyol» MMC-yə məxsus olub. Bazar inşa edilərkən orada çoxsaylı şam ağaclarının kəsildiyi məlum idi.

virtualaz.org

Xəbərlər