232
Bu gün 10 dekabr — 01:50

Zabratda naməlum sürücü yaşlı kişini vurub qaçdı

Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Zabrat qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili 50 yaşlı Bayramov Ədilxan Ziyəddin oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (oxu.az)

Xəbərlər