206
Bu gün 9 dekabr — 16:00

Rusiyada polisi döyən azərbaycanlıya hökm oxundu

Rusiyanın Voloqda şəhərində polisi döyən azərbaycanlı barəsində həbs qərarı verilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, azərbaycanlı yataqxanaya tanışının qaldığı otağa qonaq gedib.

Bu vaxt oraya gələn polis onlardan sənəd tələb edib. Azərbaycanlı etiraz edəndə polis onu bölməyə aparmaq istəyib.

Cavabında azərbaycanlı onu döyüb və nəticədə, idarəyə aparılan cinayətkar məhkəmədə günahını boynuna alıb və tutduğu işdən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə o, cəzasını 1 il 6 ay müddətində ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xəbərlər