181
Bu gün 8 dekabr — 21:28

6 yaşlı qız dəm qazından öldü, anası xəstəxanalıq oldu

Bərdə rayonunun Təbriz küçəsində bədbəxt hadisə baş verib.

"Qafqazinfo"nun məlumatına görə, rayon sakini, 2013-cu il təvəllüdlü Hüseynli Ayşə Etibar qızı hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

Hadisə zamanı azyaşlı qızın anası Aynur Məmmədova zəhərlənərək rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Xəbərlər