527
Bu gün 8 dekabr — 16:06

Salyanda zəncirvari qəza

Bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində zəncirvari qəza baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 31 yaşlı İsmayıl Namiq oğlu Əliyevin idarə etdiyi 99 CO 116 dövlət nömrə nişanlı “Qazel” markalı yük maşını qarşısına çıxan 47 BD 573 dövlət nömrə nişanlı, Kərimbəyli kənd sakini Alkişi Dadaşovun idarə etdiyi “VAZ-21011” markalı minik maşını ilə toqquşduqdan sonra idarəetməni itirərək yoldan kənara aşarkən Qarabağlı kənd sakini Niyaməddin Nurəliyevin idarə etdiyi 09 BE 085 dövlət nömrə nişanlı, “VAZ-2104” markalı minik maşınına dəyib. Hadisə nəticəsində xəsarət alan “Qazel” sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər