143
Bu gün 5 dekabr — 17:46

Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.

Virtualaz.org-un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm".

Xəbərlər