134
Bu gün 3 dekabr — 14:54

Evdən qızıl-zinət və məişət əşyaları oğurlandı

Bakıda evdən 2500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Xankərəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər