228
Bu gün 3 dekabr — 11:18

Moskvada "Audi" ilə gəzən silahlı azərbaycanlılar tutuldu

Rusiyada qanunsuz odlu silah və partlayıcı maddələr gəzdirən azərbaycanlılar saxlanılıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 1985-ci il təvəllüdlü şəxsə məxsus Audi 6 markalı avtomobildən üç ədəd odlu silah və çoxlu sayda patronlar aşkarlanaraq götürülüb. Tədqiqat zamanı silahların kustar üsulla hazırlanması müəyyən edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə,  noyabrın 11-də Rusiyanın Semenovsk rayonunda içərisində dörd nəfər Azərbaycan vətəndaşı olan "Audi A6" markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış keçirilərkən oturacağın altından “Makarov” tipli tapança və 20 ədəd patron aşkarlanıb. Sürücünün üzərinə baxış keçirilərkən onun bel nahiyəsində kəmərin altından daha bir silah tapılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər