Şəki ŞRPŞ-yə müraciət edən Aşağı Göynük kənd sakini Ş.Hümmətov noyabrın 30-da kənd ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini V.Mustafabəyli həmin gün avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.