209
Bu gün 22 noyabr — 11:17

Mikayıl Cabbarov Moskvada Rusiya-Azərbaycan Forumunda

Moskvada "Radisson Collection" hotelində 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb.

"Report"un məlumatına görə, tədbir Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Roskonqress Fondu tərəfindən təşkil olunub.

Tədbirdə Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər.

Nümayəndə heyətinin üzvləri "Sənaye sahəsində əməkdaşlıq", "Kənd təsərrüfatında qarşılıqlı əməkdaşlığın perspektivləri", "Turizm sahəsində əməkdaşlığın inkişafı", "Humanitar sahədə əməkdaşlıq" kimi mövzularına həsr olunmuş "dəyirmi masa"lar çərçivəsində işlərini davam etdirəcəklər.

Forum iki gün davam edəcək.

Sonuncu gündə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində kompleks bərpa işlərindən sonra "Azərbaycan" pavilyonunun açılacağı planlaşdırılır.

Təntənəli mərasim Foruma qatılan ölkələrin nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə keçiriləcək.

Xəbərlər