290
Bu gün 21 noyabr — 22:46

Rusiyadan Sabirabada qayıdan kişi həmkəndlisi tərəfindən bıçaqlandı

Bu gün axşam saatlarında Sabirabad rayonunun Çığırqan kəndində bıçaqlanma hadisəsi olub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Rusiyadan qısa müddətə kəndə qayıdan 47 yaşlı Eldəniz Abbas oğlu Məlikov üç bıçaq xəsarəti ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralının deməsinə görə, onu qonşuluqda yaşayan həmkəndlisi Təhmasib Qurbanəli oğlu Səfərov evdən küçəyə çağıraraq bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər