86
Bu gün 21 noyabr — 20:02

Gömrükdə pirotexniki vasitələr aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 54000 ədəd pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən virtualaz.org-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 54000 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbərlər