155
Bu gün 18 noyabr — 23:46

Gədəbəy sakini ağstafalını bıçaqladı

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Qazax şəhəri, N.Nərimanov və A.Kəmərli küçələrinin kəsişməsində qeydə alınıb.

Gədəbəy rayonu, Düzyurd kənd sakini Əliyev Ruslan İmran oğlu Ağstafa rayonu, Dağ Kəsəmən kənd sakini Bilalov Bəşir Kəmaləddin oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində R.Əliyev B.Bilalovun baş və qarın nahiyəsinə bıçaqla zərbə endirərək ağır xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbərlər