135
Bu gün 18 noyabr — 19:12

Qubada maşın aşdı

Qubada yol qəzası faciə ilə nəticələnib.

Hadisə Quba rayonunun İspik kəndində meşəlik ərazidə baş verib.

İdarəetməni itirən VAZ2106 markalı avtomobil yoldan çıxaraq aşıb. Maşında olan azyaşlı 2016-cı il təvəllüdlü Poladov Polad Şaban oğlu ağır xəsarət alıb.

Azyaşlını Quba Mərkəzi rayon Xəstəxanasına çatdırmaq mümkün olmayıb. 3 yaşlı uşaq yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Xəbərlər