108
Bu gün 17 noyabr — 20:50

Qazaxda minik və yük avtomobilləri toqquşdu

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası olub.

Hadisə magistral yolun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı 3 nəfər - 1986-cı il təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev və 1977-ci il təvəllüdlü Vüqar Musayev xəsarət alıblar. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbərlər