228
Bu gün 17 noyabr — 18:39

Kiyevdə yataqxanada partlayış

Ukraynanın paytaxtı Kiyevdə yataqxanada partlayış baş verib.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, Karl Marks küçəsində yerləşən yataqxanada baş verən partlayış nəticəsində iki nəfər həlak olub.

İlkin məlumata əsasən, otaqda əl qumbarası partlayıb.

Bildirilir ki, həlak olanlardan biri mühafizəçi, digəri isə tikintidə işləyib.

Xəbərlər