208
Bu gün 16 noyabr — 00:47

Bakıda çoxmərtəbəli binada yanğın

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər