134
Bu gün 15 noyabr — 16:46

Bolqarıstan Baş Nazirinin təyyarəsi qəza enişi etdi

Bolqarıstanın Baş Naziri Boyko Borisovun “Falcon” təyyarəsi naviqasiya sistemində yaranmış problemlə əlaqədar paytaxt Sofiyanın beynəlxalq hava limanında qəza enişi edib.

Virtualaz.org TASS-a istinadən bildirir ki, Borisovdan əlavə, göyərtədə Salonikidə səfərdə olan hökumət nümayəndə heyətinin üzvləri də olub.

Bildirilir ki, təyyarə Sofiya hava limanına enərkən naviqasiya sistemi tamamilə sıradan çıxıb, pilotlar onu tez bir zamanda işə sala bilməyiblər və buna görə əllə idarəetmə rejiminə keçiblər.

Eniş uğurlu olub, xəsarət alan olmayıb.

Xəbərlər