164
Bu gün 15 noyabr — 17:04

Qadına zor tətbiq edib boyunbağısını apardı

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini R.Şabanova noyabrın 13-də saat 1 radələrində rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər