90
Bu gün 15 noyabr — 13:32

Yevlaxda silsilə oğurluq edildi

Noyabr ayında bir qrup rayon sakini Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan virtualaz.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq işlər görülüb.

Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev saxlanılıb.

Araşdırmalarla onun evlərdən 2000 manata yaxın ev əşyaları, ev quşları və nəğd pul oğurladığı müəyyən olunub. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Yevlax RPŞ-də cinayəti işi başlanılıb, araşdırma aparılır.

Xəbərlər