460
Bu gün 13 noyabr — 22:22

Azərbaycanlılar ABŞ-da qəzaya düşdü

Bu gün ABŞ-ın Nevada ştatının Klark rayonunda azərbaycanlıların iştirakı ilə ağır yol qəzası baş verib.

“Springfield Post” nəşri xəbər verir ki, Nyu-York şəhərindən olan 1989-cu il təvəllüdlü Ramiz Quliyevin idarə etdiyi avtomobil tibb məntəqəsinə çırpılıb. Nəticədə, o hadisə yerində dünyasını dəyişib.

Ohayo ştatının Yol Patrul Xidmətində çalışan leytenant Brayan Allerin sözlərinə görə, qəza zamanı avtomobildə sərnişin Mişa Məmmədov adlı şəxs də olub: “O, hadisə zamanı maşının arxa qoltuğunda yatırmış. M. Məmmədov xəsarət alıb və xəstəxanaya yerləşdirilib”.

Qəzanın qarlı hava şəraitində yolların sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

Xəbərlər