218
Bu gün 13 noyabr — 16:43

İŞİD-ə qoşulan 29 azərbaycanlı Türkiyədən deportasiya ediləcək

Türkiyədən deportasiya ediləcək İŞİD terror qruplaşmasının üzvü olan xarici vətəndaşların sayı açıqlanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hazırda Türkiyə həbsxanalarında İŞİD terror qruplaşmasının 40 ölkədən olan 750 üzvü saxlanılır. Onlardan 29 nəfəri Azərbaycan vətəndaşıdır.

Türkiyə tərəfi artıq İŞİD üzvü olan əcnəbilərin öz olkələrinə deportasiyasına başlayıb. Saxlanılan şəxslərin bu ayın sonuna kimi tam deportasiya olunacaqları gözlənilir.

Yeri gəlmişkən, qruplaşmanın Amerika əsilli ilk üzvü Yunanıstana göndərilsə də, qəbul edilməyib. Hazırda o, iki ölkənin nəzarət-buraxılış məntəqələri arasındakı neytral ərazidədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Vaşinqtona səfəri öncəsi Esenboğa hava limanında təşkil olunan mətbuat konfransında bu məsələdən danışarkən demişdi ki, dövlətlərin qəbul edib-etməməsindən asılı olmayaraq, İŞİD silahlılarının öz ölkələrinə deportasiyası davam etdiriləcək: “Sərhəddə kim qalıb, hansı ölkə öz vətəndaşlarını qəbul edir, hansı ölkə qəbul etmir, - bizi maraqlandırmır, biz onları göndərməyə davam edəcəyik”.

Xəbərlər