132
Bu gün 13 noyabr — 00:24

Goranboyda maşın aşdı

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Goran-Goranboy yolunda qeydə alınıb.

Belə ki, Şamxal Hüseynovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil idarəetməni itirərək yol kənarına aşıb.

Nəticədə sürücü Ş.Hüseynov və onun sərnişinləri-Elşad Pənahov, Məmməd Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan hər 3 yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər